Təcili yardım sürücüləri ilə bağlı yenilik

Təcili yardım sürücüləri ilə bağlı yenilik

Hazırda oxunan: Təcili yardım sürücüləri ilə bağlı yenilik

28481

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarında avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq əlavə ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Qaydaya görə, optimal iş yükünü və iş saatlarını nəzərə alaraq həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

Qaydaya edilən yeni əlavəyə əsasən, peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyәtlәrindәn asılı olaraq 1-ci sinif avtomobil sürücülərinə tarif (vəzifə) maaşının 25 faizi, 2-ci sinfə isə tarif (vəzifə) maaşının 10 faizi miqdarında əlavənin ödənilməsi müəyyən edilib.

Qaydaya edilən bu dəyişiklik 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO