Bakının Baş Planı ilə bağlı XƏBƏR VAR - RƏSMİ 

Bakının Baş Planı ilə bağlı XƏBƏR VAR - RƏSMİ 

Hazırda oxunan: Bakının Baş Planı ilə bağlı XƏBƏR VAR - RƏSMİ 

28464

2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrünü əhatə edən Bakı şəhərinin Baş Planı yekunlaşmaq üzrədir. Baş planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.

Bizim.Media-ya bu barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov hazırda Bakı şəhərinin Baş Planı üzərində işlənildiyini və yekunlaşmaq üzrə olduğunu qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakının Nyu York şəhəri kimi tikilməsinə kimlər mane oldu? - FOTO


“Yaxın günlərdə sənəd təsdiqə göndəriləcək. Təsdiqlənəndən sonra ictimaiyyətə açıqlanacaq”, deyə qurum rəsmisi əlavə edib.

Bakı şəhərində tarazlı inkişaf əldə edə bilmək üçün 2800 hektar ərazinin təyinatı dəyişdirilməlidir. Bu barədə 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edən Bakı şəhərinin Baş Planında qeyd edilib.

Qeyd edilən məsələ ilə bağlı işlərin nə yerdə qalmasına gəlincə, Ramiz İdrisov bu barədə Baş Plan təsdiqləndikdən sonra məlumat verə biləcəklərini deyib:

“Bunu yalnız Baş Plan təsdiqləndikdən sonra demək mümkün olacaq. Sənəd hələ təsdiqlənməyib və təyinatı dəyişdiriləcəyi oobyektlər də yalnız layihə təsdiqlənəndən sonra müəyyən olunacaq. Hələki bu barədə heç bir şey demək mümkün deyil”.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir.

Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilir.

Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi reallaşacaq.

Bundan əlavə mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

"Böyük Bakının Regional İnkişaf Planı" və "Məxsusi Bakının ərazidən İstifadə və Zonalaşdırma Planı" layihəsi Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı arasında 2007-ci ildə imzalanmış kredit sazişinə əsasən 2011-2014-cü illər ərzində hazırlanıb. Yeni Baş Plan - "Böyük Bakının Regional İnkişaf Planı" isə 2035-cu ilədək olan dövrü əhatə etməlidir. Bu sayca Bakının 5-ci baş planıdır. Sonuncu layihədə ciddi tamamlama işləri görülüb. Hətta bu işə beynəlxalq ekspertlər də cəlb edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bakı şəhərinin baş planının hazırlanması işinin təşkili üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO