Bakıya gətiriləcək yeni avtobusların sayı AÇIQLANDI - FOTO

Bakıya gətiriləcək yeni avtobusların sayı AÇIQLANDI - FOTO

Hazırda oxunan: Bakıya gətiriləcək yeni avtobusların sayı AÇIQLANDI - FOTO

28435

Bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, onlardan 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslardır. Avtobuslar Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır.

Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq.

Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO