Vətən müharibəsi qazisinin sümük defekti bərpa olundu

Vətən müharibəsi qazisinin sümük defekti bərpa olundu

Hazırda oxunan: Vətən müharibəsi qazisinin sümük defekti bərpa olundu

28426

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər.

Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu baş travmatoloq İlqar Qasımov bildirib:

Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir:

“Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olundu. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub”.

Qeyd edib ki, hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO