Gənc qızların inkişafını dəstəkləyən ilk milli platforma: GÜCLÜOL

Gənc qızların inkişafını dəstəkləyən ilk milli platforma: GÜCLÜOL

Hazırda oxunan: Gənc qızların inkişafını dəstəkləyən ilk milli platforma: GÜCLÜOL

28359

Gənc qızların inkişafını dəstəkləyən ilk milli platforma: #GüclüOl 

Gənc qızların inkişafını dəstəkləyən ilk milli platforma olan #GüclüOl qadınların cəmiyyətdə rolunun gücləndirilməsi ilə bağlı maraqlı məzmunlar, hekayə və podkastlar paylaşır.

Veb-səhifədən və mobil versiyadan ibarət olan bu platforma ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən elan olunan, “Məzunların Məşğulluğu-İnnovasiya Fondu” (AEIF) proqramı çərçivəsində reallaşdırılan və ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən dəstəklənən layihənin əsas hissəsi olaraq yaradılıb.

Layihə aşağıdakı fəaliyyətləri nəzərdə tutur:

1. Müxtəlif regionlarında olan yeniyetmə və gənclərin yaradıcı özünümüdafiə bacarıqlarını, müxtəlif mövzulara baxış perspektivlərini inkişaf etdirmək və cəmiyyətə daha fəal formada fayda verə bilmələrinə vasitəçi olmaq məqsədilə təlimlərin, görüşlərin və düşərgələrin təşkili

2. Cəmiyyətdə öz rolunu tapmağa çalışan gənc qız və oğlanların mübarizəsini əks etdirən şəxsi həyat hekayələrinin paylaşılması və gənclərin inkişafa ruhlandırılması

3. Müxtəlif mövzularda məqalələrin, podkastların və video materialların hazırlanması

3. Qızlar və oğlanlar üçün mütəxəssislər tərəfindən onlayn məsləhətlərin verilməsinin və dəstəyin əlçatanlığının təmin edilməsi

4. Bir çox “bağlı” və ya “ailədaxili” hesab edilən mövzulara toxunaraq, onlar barədə cəmiyyətimizdə düşüncə tərzinin müsbət istiqamətdə dəyişdirilməsi

5. Gənclərin qazandıqları bilik və bacarıqları icmalarındakı həmyaşıdları və digər insanlarla bölüşə bilməsi üçün imkanların təmin edilməsi

Proqram gələcəkdə bir çox mövzulara da yer verəcək. 

Belə ki, proqram çərçivəsində gənclərin sosial statusunu, ailədəki rolunu, müstəqil qərarvermə bacarıqlarını, həyati əhəmiyyətli məsələlərdə mövqe bildirmə səriştələrini araşdıran aktual mövzular işlənəcək.

Bundan əlavə, qızların arzuları, məqsədləri, onlara yaşamaq istədikləri həyat üçün hansı fiziki və psixoloji dəstəyin göstərilməsi, eləcə də  təhsilin, səhiyyə xidmətlərinin əlçatanlığı kimi mövzulara da toxunulacaq.

Layihə çərçivəsində baş tutan yenilikləri bu səhifələrdən izləyə bilərsiniz. 

//www.instagram.com/tv/CRDby2zB-NI/?utm_medium=copy_link

//www.facebook.com/gucluol.platform

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO