AMEA alimləri Baş Prokurorluğa müraciət etdilər

AMEA alimləri Baş Prokurorluğa müraciət etdilər

Hazırda oxunan: AMEA alimləri Baş Prokurorluğa müraciət etdilər

2835

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər.

İnstitutdan Bizim.Media -ya verilən məlumata görə, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparmaları məsələsinə toxunublar.

Müraciətdə qeyd edilib ki, ermənilər və onların başqa ölkələrdən olan həmkarları işğal edilmiş ərazilərdə qeyri-qanuni qazıntıları ilə Azərbaycan Respublikasının və Haaqa Konvensiyasının tələblərini pozublar. 

Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO