Sosial şəbəkədən təhlükəli çağırışlara CƏZA – Vəkildən TƏLƏB

Sosial şəbəkədən təhlükəli çağırışlara CƏZA – Vəkildən TƏLƏB

Hazırda oxunan: Sosial şəbəkədən təhlükəli çağırışlara CƏZA – Vəkildən TƏLƏB

28342

Sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən blogerlə bağlı məsələ aktuallaşıb. Ciddi səs-küy yaradan bu çağırışla bağlı məsələ Daxili İşlər Nazirliyinin nəzarətinə də götürülüb. Həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə vasitəsilə qadınlara qarşı zorakılığı təbliğ edən şəxslərin məsuliyyətə cəlb edilməsi, o cümlədən iqtisadi cəzaların tətbiqini təklif edib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda təhlükəli oyuncaqlar satılır - Uşaqlara LGBT təbliğ olunur - İDDİA


Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasıında hüquq müdafiəçisinin bu təklifini dəstəkləyərək, tezliklə qanunda bu məsələnin yer almasını vacib sayıb:

“Təklifi dəstəkləyirəm. Amma bu məsuliyyət təkcə qadınlara qarşı deyil, həm də kişilərə qarşı da keçərli olmalıdır. Gender bərabərliyini burada gözləməliyik. Çünki kişilərə qarşı da hansısa çağırış oluna bilər. Məsələn, deyilə bilər ki, siqaret çəkənləri döysünlər. Yaxud başqa bir hərəkətə yol verdiyinə görə cəzalansın. Təssüf ki, nə Cinayət Məcəlləsində, nə də İnzibati Xətalar Məcəlləsində belə çağırış edənlərə cəza nəzərdə tutulmayıb. Artıq belə çağırışlar varsa, buna adekvat cavab vermək lazımdır. Ümumiyyətlə insanlara zorakılığa çağırış məsuliyyət yaratmalıdır.
 

Bu məsuliyyətdə müxtəlif çağırışlara fərqli qiymət vermək olar. Tutaq ki, öldürülmə ilə bağlı çağırış edilir. Bu zaman daha ağır cəza tətbiq edilməlidir. Daha yüngül cəzaları İnzibati Xətalar Məcəlləsində, ağırlarını isə Cinayət Məcəlləsində nəzərdə tutmaq olar”.


Vəkilin sözlərinə görə sözügedən çağırışları edənlə yanaşı, onu yayan KİV də məsluyyətə cəlb edilməlidir:

“Ola bilsin ki, bu, hüquqi və ya fiziki şəxs olsun. Bu, qorxulu tendensiyadır və çağırışa əməl olunmasa belə təhlükədir. Həm də çağırış olanların həyatının dəyişməsi deməkdir. Belə çağırışlara adekvat cavab verilmədikcə, sayı arta bilər.
 

Amma hazırda hansısa şəxsin belə bir çağırışa görə tutulması qanuna zidd olacaq. Çünki qanunda məsuliyyət nəzərdə tutulmayıb. Nə tədbir görüləcək, bilmirəm.


Hesab edirəm ki, müvafiq orqan və parlament bu barədə düşünməlidir. Yaxşıdı ki, artıq buna hüquq mühafizə orqqanları, hüquq müdafiəçiləri və media tərəfindən reaksiya var. Medianın gücünə bələd olan şəxs kimi düşünürəm ki, KİV bu məsələni gündəmdə saxlayaraq, qanunvericikdə tənzimlənməsinə naill olmalıdır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO