Son zamanlar demək olar ki, bütün uşaqların sevimlisinə çevrilən, göy qurşağının rənglərini özündə birləşdirən “Pop İt” oyuncağı haqqında ilginc iddialar ortaya atılıb.
Bizim.Media xəbər verir ki, oyuncaq haqqında ilginc müzakirələr sosial şəbəkələrdə geniş vüsət alıb.
MÖVZU İLƏ ABĞLI:
Cinsi azlıqların Azərbaycan HESABATI – Gülünc şikayətlərin İZAHATI
İddiaya görə, oyuncaqda olan rənglər LGBT bayrağının rənglərini özündə ehtiva edir. Elə bu səbəbdən də oyuncağın alınmasını və ölkəyə gətilməsi qadağan edilməsi barədə müxtəlif çıxışlar səsləndirilir.
İddialarda rənglərin uşaq psixologiyasında xüsusi yerinin olduğunu səbəb gətirilərək, bununla azyaşlıların kiçik yaşlarından eynicinslilərə “məhəbbət” oyadıldığı bildirilib. Geniş yayılan müzakirələrdə əsas fikir valideynləri övladlarını bu cür oyuncaqlardan uzaq tutmaq haqqında çağırışdır.
“Bu oyuncaqlar vasitəsilə uşaqlarınızda homoseksuallığa qarşı xüsusi maraq oyana bilər. Ehtiyatlı olun!”, - deyə, çağırışlarda qeyd olunur.
Mövzunu araşdırırıq.
Vüsalə Balayeva, Bizim.Media