Dövlət Vergi Xidməti sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

Dövlət Vergi Xidməti sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

Hazırda oxunan: Dövlət Vergi Xidməti sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

28310

Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulan formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, iyul ayında aparılan belə nəzarət tədbirlərindən biri zamanı “SEYF ELAKE” MMC-nin üçüncü şəxslər üçün malların idxalını həyata keçirdiyi müəyyən edilib.

Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq qaydalara əsasən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının sahəsi və mövcud şəraiti idxal edilən malların həcmi və növü ilə uyğunluq təşkil etməməsi səbəbindən risklərin olduğu müəyyənləşib.

Vergi ödəyicisinin anbar olaraq qeydiyyata qoyduğu təsərrüfat subyektinin çoxmərtəbəli yaşayış binasında mənzil olması, idxal edilən malların həmin ünvanda saxlanılmasının mümkün olmadığını göstərir.

Birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, həmin müəssisəyə aidiyyəti olmayan vətəndaş Məmmədov Rəşid Mustafaqulu oğlu tərəfindən malların gömrük ərazisindən çıxarılmasına cəhd edilib. Bu zaman R.Məmmədov vergi orqanı əməkdaşlarının ünvanına nalayiq və təhqiramiz ifadələr işlədib, Dövlət Vergi Xidmətinin Dövlət Gömrük Komitəsinə ezam olunmuş texniki işçisi Məmmədov Şahir Nadir oğlu ilə mübahisə edib.

Həmin proses zamanı əsassız videoçəkiliş edən R.Məmmədov özünün qanunsuz hərəkətləri olan hissələrini gizli saxlamaqla videonun yalnız sonluğunu sosial şəbəkələrdə yayımlayıb.

“SEYF ELAKE” MMC-nin rəhbəri İsmayilova Nərminə Mais qızı vergi orqanına dəvət edilərək aşkar olunmuş nöqsanlar ona izah edilib.

Qeyd olunan nöqsanlar müəssisənin rəhbəri tərəfindən qəbul edilib və aradan qaldırılacağı bildirilib. Daha sonra birgə eyniləşdirmə tədbiri yekunlaşdırılaraq malların gömrük nəzarətindən buraxılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO