17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR

17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR

Hazırda oxunan: 17 NOYABR MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR

2831

17 noyabr Azərbaycanda  "Milli Dirçəliş Günü" kimi qeyd edilir. 

Bizim.Media xəbər verir ki, 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla  Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasətinə etiraz etdi.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş verən ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı.

Ermənistanda və Dağlıq Qarabağda Azərbaycan  türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi.

O zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyi keşiyində dura bilmirdi.
Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı.

Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkat təkcə Bakıda deyil, Naxçıvan, Gəncə və Lənkəranda da kütləvi xarakter aldı.

Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdi.

Sovet rejimindən Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi.

Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı.

Dekabrın 4-dən 5-nə keçən gecə Sovet ordusu "Meydan hərəkatı"nı yatırmağa nail oldu. Minlərlə azadlıqsevər insanlar həbs edilərək zindanlara salındı.

Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan - Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi.

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO