Toydan gələn gənclər ağır qəza törətdilər – ÖLƏN VAR - ÖZƏL

Toydan gələn gənclər ağır qəza törətdilər – ÖLƏN VAR - ÖZƏL

Hazırda oxunan: Toydan gələn gənclər ağır qəza törətdilər – ÖLƏN VAR - ÖZƏL

28303

Qusarda ağır yol qəzası baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qəza zamanı 1 nəfər həlak olub, daha 3 nəfər isə xəsarət alıb.

Hadisə Qusar-Şahdağ yolunun 26-cı km-də qeydə alınıb. Qəza Əniq kənd sakini, 27 yaşlı Əmirgünə Firdovsi oğlu Əmiraslanovun idarə etdiyi "Opel"markalı avtomobilin aşması nəticəsində baş verib.

Qəzaya düşənlər Qusarın Əniq kənd sakinləridir.

Qəza nəticəsində avtomaşında olan sərnişin, 28 yaşlı İsmixan Ədalət oğlu Şəkərov dünyasını dəyişib. "Opel"in sürücüsü , 27 yaşlı Əmirgünə Əmiraslanov, avtomobildə olan daha iki sərnişin -28 yaşlı Abuçin Osman oğlu Osmanov və 27 yaşlı Tofiq Əziz oğlu Kərimov müxtəlif sınıq və xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıblar.

Qəzanın başvermə səbəbi Qusar rayon polis şöbəsinin istintaq bölməsində araşdırılır. Fakla bağlı cinayət işi başladılıb. Qəzaya düşən gənclərin toydan çıxdıqları deyilir.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO