Veb-proqramlaşdırma üzrə yarışın hazırlıqları yekunlaşdı - FOTO

Veb-proqramlaşdırma üzrə yarışın hazırlıqları yekunlaşdı - FOTO

Hazırda oxunan: Veb-proqramlaşdırma üzrə yarışın hazırlıqları yekunlaşdı - FOTO

28232

Sabah “WorldSkills Azerbaijan” platformasının təşkilatçılığı ilə veb-proqramlaşdırma üzrə yarışın final mərhələsinə start veriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, iyulun 13-dək davam edəcək final mərhələsinin hazırlıqları artıq yekunlaşıb.

21 yaşa qədər gənclər arasında keçirilən yarışın ilkin seçim mərhələsində yüksək nəticə göstərmiş 24 müsabiqəçi final mərhələsində iştirak etmək imkanı qazanıb.

Final mərhələsində ilkin seçim mərhələsində yüksək nəticə göstərənlər “front-end”, “back-end” və “CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər. Qaliblər yarışın baş sponsoru “ATL Tech” və “ATL Academy” şirkətlərində təcrübə keçmək, müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Eyni zamanda, “WorldSkills Asia” tərəfindən təşkil edilən beynəlxalq yarışda Azərbaycanı təmsil edə biləcəklər.

Qeyd edək ki, bu, ölkəmizdə “WorldSkills” formatına uyğun ilk yarış olacaq. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən ediləcək.

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına 2020-ci ildə qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə Olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platforması əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO