Hacıkənd qəsəbəsində yük maşını evə çırpıldı – sürücünü FHN xilas etdi

Hacıkənd qəsəbəsində yük maşını evə çırpıldı – sürücünü FHN xilas etdi

Hazırda oxunan: Hacıkənd qəsəbəsində yük maşını evə çırpıldı – sürücünü FHN xilas etdi

28214

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Gəncə -Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “KamAz” markalı, betonqarışdıran maşının əyləc sistemində nasazlıq yaranıb. Betonqarışdıran maşın qəsəbədə olan evə çırpılıb. Qəza zamanı sürücü sıxılmış vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə FHN xilas ediciləri cəlb olunub. Sürücü 1979-cu il təvəllüdlü İsayev Elnur Elbrus oğlu xilasedicilər tərəfindən çııxarılıb. O xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO