Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO

Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO

Hazırda oxunan: Ukraynalı səfirin Şuşa tviti erməniləri yandırıb-yaxdı - FOTO

28183

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iyulun 9-10-da Şuşada olub. 

Bizim.Media xəbər verir ki, o, bu səfərlə bağlı "Twitter" hesabında paylaşım edib.

"Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu!", deyə səfir yazıb.

Ukraynalı səfirin bu paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb.

Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.

Xatırladaq ki, iyulun 9-10-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri Füzuli və Şuşaya səfər edib.

Bizim.Media









 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO