Sumqayıtda top mərmisi tapıldı

Sumqayıtda top mərmisi tapıldı

Hazırda oxunan: Sumqayıtda top mərmisi tapıldı

28156

"112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "Tır parkı" adlanan ərazidə sursat aşkar olunması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri xilasetmə işlərinə cəlb olunub.

Pirotexniklər tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, təhlükəsizliyin təmin olunması istiqamətində zəruri tədbirləri görülüb və aşkar olunmuş sursata baxış keçirilib.

Döyüş tətbiqinə yaralı, 85 millimetrlik top mərmisi olduğu müəyyən edildikdən sonra həmin sursat zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO