Dövlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırığının icrası istiqamətində işlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, bu çərçivədə 177 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. Yeni marşrut xətti “Pirşağı” dəmiryol stansiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.
Yeni xəttinin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək.
Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəsisələrinə, iaşə obyektlərinə, habelə yay mövsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.
Yeni xətt üzrə avtobuslar ayın 12-dən fəaliyyət göstərəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:09 / 10.07.2021
Bakıətrafı kənd və qəsəbələr üçün yeni marşrut xətti açıldı
Hazırda oxunan: Bakıətrafı kənd və qəsəbələr üçün yeni marşrut xətti açıldı
Hazırda oxunan: Bakıətrafı kənd və qəsəbələr üçün yeni marşrut xətti açıldı
28089
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.