Gəncədə polis əməliyyat keçirdi - Tutulanlar var - FOTO

Gəncədə polis əməliyyat keçirdi - Tutulanlar var - FOTO

Hazırda oxunan: Gəncədə polis əməliyyat keçirdi - Tutulanlar var - FOTO

28065

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Əliyev saxlanılıb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Abbasov saxlanılıb. Polis İdarəsində üzərindən heroin aşkar edilən A. Abbasov narkotik maddəni 20 manata aldığını etiraf edib. Hazırda sonuncuya narkotik maddəni satan mənbənin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə  rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Şəhər sakini Orxan Abdullayev saxlanılmış, üzərindən aşkar edilən narkotik maddə olan “metamfetamin” müvafiq ekspertizaya göndərilib. Bundan başqa Kəpəz RPİ-də şəhər sakinləri Elşad Abdullayevin və Cavid Mayılovun üzərlərinə şəxsi baxış keçirilən zaman onlardan “metamfetamin” və heroin aşkar edilib.

Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Ceyhun İbrahimovda heroin aşkar edərək barəsində toplanan cinayət materialını istintaqa göndərib.

Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri anoloji tədbirlər nəticəsində isə şəhər sakini Namiq Əliyev saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən isə narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO