Əlilliyi ləğv edilən şəxslərin sayı AÇIQLANDI

Əlilliyi ləğv edilən şəxslərin sayı AÇIQLANDI

Hazırda oxunan: Əlilliyi ləğv edilən şəxslərin sayı AÇIQLANDI

28033

“Hazırda əlillik müddəti başa çatmış və xüsusi səbəbdən əlilliyi olan şəxslərin növbəti müayinələri əyani şəkildə aparılır”.

Bizim.Media bildirir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

O deyib ki, əyani müayinələr zamanı sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyininə əsas verməyən hallarda əlillik təyinatı da aparılmır:

“Hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik və yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir. Əsas vermirsə, bu zaman hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir. İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb.

İndiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 31 nəfər əllillik qərarının dəqiqləşdirilməsi üçün müxtəlif ixtisaslaşmış müayinələrə göndərilib. 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib.

Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO