İcra hakimiyyətləri ləğv olunur - Yeni təsnifat nə vəd edir?

İcra hakimiyyətləri ləğv olunur - Yeni təsnifat nə vəd edir?

Hazırda oxunan: İcra hakimiyyətləri ləğv olunur - Yeni təsnifat nə vəd edir?

28017

Yeni iqtisadi rayonlar da yaradılqdıqdan sonra Azərbaycanda onların sayı 14-ə çatdı. Yeni təsnifatın idarəetməyə təsiri olacaqmı?  

İqtisadçı Razi Abbasbəyli Bizim.Media-ya sualın cavabında bildirib ki, yeni iqtisadi rayonların yaradılması dövlətin strateji proqramının tərkib hissəsidir: 

“Bu proqram ardıcıllıqla həyata keçirilir. Ələt İqtisadi Zonasının yaradılması, Bakı Beynəlxalq Dəniz Limanında görülən mühüm işlər, Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar da bu strateji proqrama daxildir. Ardıcıllıqla həyata keçirilən addımların növbətisi isə iqtisadi rayonların yeni təsnifatı oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

Sürücülər odsöndürənə görə cərimələnmir - “Ağ yalandır...” – Vaqif Əsədov


Razi Abbasbəylinin sözlərinə görə, iqtisadi rayonların fəaliyyətinin qanunvericilik bazası əsasında tətbiqinə başlanılan zaman mövcud idarəetmə strukturlarının, o cümlədən də icra hakimiyyətlərinin yalnız siyasi səlahiyyətləri qalacaq: 

“Müəyyən  mərhələdən sonra isə icra hakimiyyətlərinin həmin səlahiyyətləri də alına bilər. Bu yaxın perespektivdə icra hakimiyyətlərinin ləğv edilməsinə, eləcə də vəsaitlərin talan edilməsinin, korrupsiyanın qarşısının alınmasına hesablanmış bir mexanizmdir”.

İqtisadçı deyir ki, icra hakimiyyətləri sistemi köhnəlmiş idarəetmə üsuludur: 

“Bu sistemdə dövlət vəsaitlərinin şəfaf xərclənməsindən söhbət gedə bilməz. Səlahiyyətlərinin az olması, ayrılan vəsaitlərin tenderlər yolu ilə müxtəlif şəkildə talan edilməsi və digər səbəblər var ki, bunlar icra hakimiyyəti modellərinin xüsusilə Azərbaycan kimi ölkədə uğursuz olduğunu ortaya qoyur. Yeni iqtisadi rayonların yaradılması təkcə büdcə vəsaitlərinin şəfaf idarəetməsinə deyil, regionda Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsinə hazırlıq mərhələsidir. Zəngəzur dəhlizi Azərbaycanın Türkiyə vasitəsilə dəniz yollarına açılmasına, Türkiyənin isə Xəzərsahili dövlətərlə iqtisadi münasibətlərinin güclənməsinə təkan verəcək”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO