İyulun 8-də Qubadlı və Laçın rayonları ərazisində Dövlət Sərhəd Xidmətinin 2 yeni hərbi hissəsi xidməti istifadəyə verilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə yeni hərbi hissə komplekslərinin xidməti döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizənsinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xüsusi əhəmiyyət kəsb etməsi qeyd edilib.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbaycan RespubLikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.
Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:02 / 09.07.2021
Laçında hərbi hissə açıldı - FOTO
Hazırda oxunan: Laçında hərbi hissə açıldı - FOTO
Hazırda oxunan: Laçında hərbi hissə açıldı - FOTO
27970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.