Bakıda polis rəisi özünü güllələyib - RƏSMİ

Bakıda polis rəisi özünü güllələyib - RƏSMİ

Hazırda oxunan: Bakıda polis rəisi özünü güllələyib - RƏSMİ

27969

Bakıda polis rəisi özünü güllələyib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin rəisi, polkovnik-leytenantı Rahib Cabbar oğlu Mirzəyev xidməti otağında silahı ilə özünü gülləyib.

Qeyd edək ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Rahib Mirzəyev bundan əvvəl Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı kimi çalışıb. 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. 

Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO