İnam Kərimov Salyanda fermerlərlə görüşdü - FOTO

İnam Kərimov Salyanda fermerlərlə görüşdü - FOTO

Hazırda oxunan: İnam Kərimov Salyanda fermerlərlə görüşdü - FOTO

27953

Kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçı fermerlərlə görüşüb, sahələrə baxış keçirib, əkinlərin vəziyyəti ilə maraqlanıb.

Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, rayonun Boranıkənd kəndində açıq sahədə keçirilən görüşdə qrafikə uyğun aqrotexniki qulluq tədbirlərinin aparılması, suvarma məsələləri, fermerlərin gübrə, dərman və texnika ilə təchizatı, bitki mühafizə tədbirləri, pambıqçılığa dövlət dəstəyinin daha da gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

Bildirilib ki, pambıqçılıq fermerlərin gəlirlərinin artmasında mühüm rol oynadığı kimi, kənd əhalisi arasında məşğulluq səviyyəsinin yüksəlməsinə də ciddi təsir göstərir.

Fermerlər bu il çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alındığını, hazırda texnoloji xəritəyə uyğun dərmanlama işlərinin aparıldığını qeyd ediblər.

Görüş zamanı fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO