Bacısının toyuna tələsən sürücü saxlanıldı

Bacısının toyuna tələsən sürücü saxlanıldı

Hazırda oxunan: Bacısının toyuna tələsən sürücü saxlanıldı

27932

Bakıda "BMW" ilə avtoxuliqanlıq edən sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media report-a istinadla  xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsiylə Bakıxanov prospektinin kəsişməsində 90-SX-113 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək, sürücü barəsində maddi cərimə tətbiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO