Paytaxtda yeni yol açıldı

Paytaxtda yeni yol açıldı

Hazırda oxunan: Paytaxtda yeni yol açıldı

27879

Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb. Sfera.az "Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən, 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib.
 
İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan  piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb. Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışıından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min m2 sahəsinin asfaltlanması işləri aparılıb.  Yol ayrıcına və səkilərin kənarlarına 1 min paqon-metr səki daşı da düzülüb. 
 
Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO