“Sosial şəbəkə istifadəçiləri və ictimai fəallar iddia edir ki, guya ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir. Narkotik vasitələri və psixotrop maddələri istifadə edən şəxslərin sayının artmasını və qiymətin ucuzlaşmasını bununla əlaqələndirirlər”.
Bizim.Media xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nəcəf Aydınoğlu deyib.
MÖVZU İLƏ BAĞLI:
Narkotik “Pati”lər Bakıda harada istehsal olunur? – ŞOK DETALLAR
O bildirib ki, bununla əlaqədar keçirilən əməliyyat prosesində iddialar öz təsdiqini tapmayıb:
“DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən bu barədə gedən söhbətlərlə əlaqədar əməliyyat tədbirləri həyata keçirilib. Şübhə doğuran bir sıra hallar tərəfimizdən yoxlanılıb. Lakin ölkə ərazisində narkotik vasitələrin istehsalını və satışını həyata keçirən hər hansı şəxs tərəfimizdən müəyyən edilməyib. Buna görə deyə bilmərik ki, ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir”.
N.Aydınoğlu qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qiymətinin azalmasının və istifadəçilərin sayının çoxalmasının səbəbi narkotacirlərin qiymətləri süni şəkildə azaltmasıdır:
“Qiymət azalmasını səbəbi bəzi şəxslərin ölkə ərazisində narkotiklərin satışını təşkil edəcək narkokuryerləri tapa bilməməsidir”.
Bizim.Media