Həkimdən III doza ilə bağlı VACİB XƏBƏR – “Məsləhət deyil” 

Həkimdən III doza ilə bağlı VACİB XƏBƏR – “Məsləhət deyil” 

Hazırda oxunan: Həkimdən III doza ilə bağlı VACİB XƏBƏR – “Məsləhət deyil” 

27821

“Mütəxəssislər III dozanın fərqli şirkətə məxsus peyvəndlə edilməsini məsləhət görmür”.

Bizim.Media xəbər verir ki, bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.

“Qanununvericilik “CoronaVac” peyvəndi üzərindən “Pfizer” peyvəndinin vurulmasını qadağan etməyib. Lakin bunu məşhur infeksionist Adil Abdullayevdən soruşdum. O, maraqlı fikir söylədi və mexanizmləri fərqli olan peyvəndləri qarışdırmağı məsləhət görmədi. İnfeksionist təbabətin deyil, özünün məsləhət görmədiyini dedi. O, mexanizmin sona qədər bilinmədiyini və “Sinovac”la peyvəndləndiyim üçün onunla peyvəndlənməyə davam etməyimi məsləhət gördü”, - deyə o bildirib.

V.İsmayıl onu da qeyd edib ki, artıq ÜST tanıdığı üçün Avropa bir müddət sonra “SinoVac” peyvəndini qəbul edəcək:

“Onların indi bunu qəbul etməməsinin əsas səbəbi ticari və iqtisadi məsələlərdir”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO