Erməni terror təşkilatının üzvü Zəfər parkında gəzirmiş – Bakıya necə gəlib? - FOTO

Erməni terror təşkilatının üzvü Zəfər parkında gəzirmiş – Bakıya necə gəlib? - FOTO

Hazırda oxunan: Erməni terror təşkilatının üzvü Zəfər parkında gəzirmiş – Bakıya necə gəlib? - FOTO

27820

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, prosesdə şahid qismində Arif Osmanov ifadə verib. O, İfadəsində "Zəfər parkı"ərazisində gəzərkən Dubakovun saxlanılmasının şahidi olduğunu, üzərinə baxış keçirildiyini deyib. 

"Tərcüməçi çağırdılar. Üzərinə və çantasına baxış keçirildi. Çantasından erməni və rus dilində yazılar, iki ədəd bloknot, telefon aşkarlandı",- şahid deyib. 

Daha sonra prosesdə sənədlərin araşdırılması mərhələsi başlanılıb. Sənədlərdə qeyd olunub ki, E.Dubakov dəfələrlə Rusiyadan Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, "VOMA" terror təşkilatının üzvü olub, 2019-cu ildən işğal altındakı torpaqlarda hərbi təlimlərdə iştirak edib. Təşkilatın rəhbəri Vladimr Vartanovla tanışlığı yaranıb. 

Sənədlərdə həmçinin qeyd edilib ki, E.Dubakovun telefonuna baxış keçirilən zaman "artsaxski" adlı istifadəçi ilə yazışmaları da aşkarlanıb. Prosesdə E.Dubakovun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqa verdiyi ifadəsində bildirib ki, 2018-ci ilin sentyabr- oktyabr aylarında sosial şəbəkələrdə "VOMA" təşkilatının videoçarxını izləyib. 

Dubakovun ifadəsindən: "Təşkilatın hərbi təlimlər keçirdiyini görüb maraqlandım. Onların məqsədi Qarabağda azərbaycanlılara qarşı döyüşlərdə iştirak etmək üçün gənc kadrlar hazırlamaq idi. Rusiyada yaşamağıma baxmayaraq ata tərəfindən erməni olduğumu heç vaxt unutmamışam. Həmin videoya baxdıqdan sonra ermənilərə kömək etmək istədim. Ona görə də, "VOMA" təşkilatına sorğular yazdım. Onlarla əməkdaşlıq etmək qərarına gəldim. İnternet üzərində təşkilata üzv oldum. Daha sonra 2018-ci ildə Ermənistana gəldim. Orada təşkilat tərəfindən təlimlərə cəlb olundum.Təşkilatda məndən başqa digər ölkələrdən təlimlərdə iştirak etməyə gələnlər vardı. Təlimlərin məqsədi Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak etmək, dinc əhali arasında vahimə yaratmaq və partlayışlar törətmək olub. 2018-ci ildə bir neçə təlimdə iştirak etdim. Təlimdən sonra bizi Laçın dəhlizindən Şuşaya, Xankəndinə və digər ərazilərə apardılar. Orada döyüş olacağı təqdirdə yerli şəraitlə tanış olduq. 2018-ci ilin sonunda Rusiyaya qayıtdım. Daha sonra 2019-cu ilin iyul ayında yenidən Ermənistana, oradan da işğal olunmuş ərazilərə gedib təlimlərdə iştirak etmişəm. 2021-ci ilin yanvarın 14-də Azərbaycana gəlmişəm". 

E.Dubakov istintaqa verdiyi ifadəsindən imtina edib. Məhkəmə prosesi iyulun 14-də davam edəcək. İttihama görə, Eduard Dubakov Azərbaycanın işğal altında olmuş torpaqlarına qanunsuz səfər edərək hərbi təlimlərə qatılıb.

Dəfələrlə Dağlıq Qarabağ ərazisinə gedib-gəlib. Sonuncu dəfə bu il yanvarın 1-də terror-təxribat əməlləri törətmək məqsədilə Bakıya gəlib. Həmin gün E.Dubakov hüquq- mühafizə orqanları tərəfindən paytaxtın dənizkənarı bulvar ərazisində saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO