Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində fəaliyyət göstərən Təcili Yardım Şöbələrinin (TYŞ) struktur və fəaliyyətlərinin standartlara uyğunlaşdırılması məqsədi ilə regionlar üzrə monitorinqlərə başlanılıb.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, ilkin olaraq qurumun aidiyyəti departamentlərinin əməkdaşlarından ibarət qrup tərəfindən Qusar, Quba, Şabran, Siyəzən, Xızı Rayon Mərkəzi Rayon Xəstəxanalarında yoxlamalar aparılıb.
Eyni zamanda müvafiq sənədlərə uyğun aparılmış dəyərləndirilmələr əsasında təcili tibbi xidmətin təşkilinə dair real vəziyyət haqqında ümumi hesabat hazırlanıb.
Qeyd edək ki, təşkil olunmuş monitorinqlər zamanı mütəxəssislər tərəfindən tibb müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.
- A-
- A
- A+
Cəmiyyət
18:03 / 07.07.2021
Bu rayonların xəstəxanalarında yoxlamalara başlanıldı - RƏSMİ
Hazırda oxunan: Bu rayonların xəstəxanalarında yoxlamalara başlanıldı - RƏSMİ
Hazırda oxunan: Bu rayonların xəstəxanalarında yoxlamalara başlanıldı - RƏSMİ
27761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.