Azərbaycanda Paşinyanla bağlı sorğu keçirildi – NƏTİCƏLƏR

Azərbaycanda Paşinyanla bağlı sorğu keçirildi – NƏTİCƏLƏR

Hazırda oxunan: Azərbaycanda Paşinyanla bağlı sorğu keçirildi – NƏTİCƏLƏR

27707

Sosial Tədqiqatlar Mərkəzi (STM) 1073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində bir neçə mövzu üzrə telefon sorğusu keçirib. Sorğuda əminlik intervalı 95.0%, xəta marjası 3.0% təşkil edib.

Bizim.Media-ya bu barədə STM-dən məlumat verilib.

Sorğuda bütün iqtisadi rayonlar əhatə edilməklə 1073 respondent iştirak edib.

Sorğuda Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrinə dair də iki sual soruşulub. Respondentlər seçkilərdə Nikol Paşinyanın qalib gəlməsinin əsas iki səbəbi kimi erməni xalqı müharibədən çəkindiyi üçün revanşistlərə səs verməməsini (48.1%) və ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəməsini (37.4%) görür. Hər beş nəfərdən biri sualı cavablandırmaqda çətinlik çəkib.

Paşinyanın hakimiyyətini davam etdirməsindən əsas gözlənti kimi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacağı fikri geniş yayılıb (60.9%).

Hər dörd nəfərdən biri (25.4%) düşünür ki, Paşinyanın hakimiyyətdə qalması 10 noyabr Birgə bəyanatın şərtlərinə əməl olunmasını və Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO