\

\"Yüksəliş\"in final mərhələsi bu tarixdə keçiriləcək

Hazırda oxunan: \"Yüksəliş\"in final mərhələsi bu tarixdə keçiriləcək

27701

Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" müsabiqəsi komitəsinin rəhbəri Fərhad Hacıyev müsabiqənin final mərhələsinə əvvəl 100 nəfər nəzərdə tutulsa da, daha sonra 112 nəfərin buraxılmasının səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, F. Hacıyev deyib ki, 91-ci adamdan sonra 21 nəfər eyni nəticəni göstərdiyi üçün Təşkilat Komitəsi daha çox adama şans vermək qərarına gəlib:

”Yarımfinalda 9 kompitensiya üzrə bacarığı olanlar dəvət olunmuşdu. İyulun 10-11-də isə final mərhələsini keçirmək nəzərdə tutulub, bunun üçün artıq icazə alınıb.

Həmin günlərdə 112 nəfər final mərhələsinə gələcək, amma təbii ki, PZR testi də verəcəklər. Bu müsabiqədə subyektivlik 0-a bərabərdir, çünki hər iştirakçı bir neçə ekspert tərəfindən yoxlanılır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO