Bakıda velosiped yollarının uzunluğu artırılır

Bakıda velosiped yollarının uzunluğu artırılır

Hazırda oxunan: Bakıda velosiped yollarının uzunluğu artırılır

27680

Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir.

Bizim.Media Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadla xəbər verir ki, velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcək.

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub:

1)yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə;

2)digər ərazilərdə isə tikinti-quraşdrıma işləri aparılmaqla. Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.

İnfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir.

Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO