Əmanətlərin Sığortalanması Fondunda (ADIF) yeni təyinat olub.
Fonddan Bizim.Media-ya verilən məlumata görə, Azər Əmirov ADIF-in Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
A. Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurub.
O, 2002-ci ilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçib, 2011-2013-cü illərdə əmək fəaliyyətinə "PAŞA Həyat Sığorta" ASC-nin İnsan resursları və hüquq şöbəsinin rəhbəri olaraq davam etdirib.
2013-cü ildən isə fərdi qaydada hüquqşünaslıq işini davam etdirməklə, 2014-2017-ci illərdə "Pozitiv Consulting" MMC-nin direktoru vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 07.07.2021
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Hazırda oxunan: Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Hazırda oxunan: Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
27678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.