Cəbrayılda komendant postunu qanunsuz keçənlər saxlanıldı

Cəbrayılda komendant postunu qanunsuz keçənlər saxlanıldı

Hazırda oxunan: Cəbrayılda komendant postunu qanunsuz keçənlər saxlanıldı

2765

Hərbi vəziyyət elan olunduğu ərazidə tətbiq edilmiş xüsusi giriş-çıxış rejimini pozan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə "Saxla" işarəsi verib, lakin buna baxmayaraq sürücü hərəkətini davam etdirib.

Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub.

Rayon məhkəməsi tərəfindən onlar hər biri 200 manat məbləğində cərimə olunublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO