Nazirliyi tənqid etdi:

Nazirliyi tənqid etdi: "Təbiətin sərvətini qorumaq borcunuzdur"- VİDEO

Hazırda oxunan: Nazirliyi tənqid etdi: "Təbiətin sərvətini qorumaq borcunuzdur"- VİDEO

27641

Şairə Nazilə Səfərli həyətinə dünyanın nadir quş növündən olan və müqəddəs hesab edilən Əbabil quşu düşdüyünü deyib.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə zəng etdiyini, amma ona cavab verilmədiyini söyləyib:

"Nazirliyin qaynar xəttinə dünən saat 19:00-da zəng etmişəm. Telefonda kompüter cavab verir ki, iş saatı bitdiyi üçün yalnız səsli mesaj göndərə bilərsiniz.

Adı qaynar xətti, gecə və gündüz çalışmalısınız, növbətçi olmalıdır. Əgər yoxdursa, adınızı dəyişin və "soyuq xətt" qoyun. Qapımıza Əbabil quşu düşüb. Zəng etdim dedim. Cavab verdilər ki, sizə gün ərzində geri yığacağıq. Amma dönmədilər.

Quşun dimdiyində bir torba qızıl gəlsəydi, verməsəydim, məni həbs edərdilər. Bu quş təbiətindir, təhvil alın. Təbiətin sərvətini qorumaq borcunuzdur".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO