Sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər.
Bizim.Media-ya nazirlikdən bildirilib ki, əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.
Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanlarıtərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:
“Facebook” - Baş Narkotiklərlə Mübarizə İdarəsi
keçid linki (//www.facebook.com/bnmi.polisazerbaycan )
“Instagram” – bnmi.polisazerbaycan
keçid linki - (//www.instagram.com/bnmi.polisazerbaycan/ )
“Youtube” - Baş Narkotiklərlə Mübarizə İdarəsi
keçid linki - (//www.youtube.com/channel/UCqJSjze-
brBi2M1EEDIfCgg/featured )
“Telegram” - Baş Narkotiklərlə Mübarizə İdarəsi
keçid linki - (//t.me/bnmipolisazerbaycan )
Bir daha sosial şəbəkə istifadəçilərini anti-narkotik təbliğatı işində polis əməkdaşları ilə həmrəy olmağa çağırır, narkotik vasitələrin satışı və qanunsuzdövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatları olduğu təqdirdə dərhal bizə bildirmələrini xahiş edirik. Həmin şəxslərin anonimliyi qorunacaqdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:27 / 06.07.2021
Baş Narkotiklərlə Mübarizə İdarəsi artıq sosial şəbəkələrdədir
Hazırda oxunan: Baş Narkotiklərlə Mübarizə İdarəsi artıq sosial şəbəkələrdədir
Hazırda oxunan: Baş Narkotiklərlə Mübarizə İdarəsi artıq sosial şəbəkələrdədir
27609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.