YAP Gənclər Birliyi Oxçuçayın çirkləndirilməsi ilə bağlı bəyanat yaydı

YAP Gənclər Birliyi Oxçuçayın çirkləndirilməsi ilə bağlı bəyanat yaydı

Hazırda oxunan: YAP Gənclər Birliyi Oxçuçayın çirkləndirilməsi ilə bağlı bəyanat yaydı

27598

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar bəyanat yayıb.

Bizim.Media-ya Partiyadan verilən məlumat görə, bəyanatda deyilir ki, Ermənistan tərəfindən ciddi çirklənməyə məruz qalmış çaylardan biri də Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən 83 kilometrlik uzunluğa malik olan Oxçuçaydır.

Həmin çayın 47 kilometrlik hissəsi məhz Ermənistan ərazisindən keçir ki, bu da çayın çirklənməyə məruz qaldığı əsas yerdir.

Burada fəaliyyət göstərən Zəngəzur mis-molibden zavodu çayın çirklənməsinin əsas səbəbkarıdır. Lakin buna baxmayaraq, şirkət bu məsuliyyətdən yayınmağa çalışır və həmin iddiaları qəbul etmir. Bir zamanlar əkinçilik məqsədləri üçün istifadə olunan və nadir balıq növlərinin olduğu bu çay indi yüksək səviyyədə çirklənməyə görə canlı aləmi məhv edir.

Çayın suyu həddindən artıq zəhərli olduğuna görə burada heç bir canlı yaşamır və bu səbəbdən “ölü çay” adlanır.

YAP Gənclər Birliyi olaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ətraf mühitlə bağlı təşkilatları Ermənistanın əməllərinə qarşı laqeyd qalmamağa çağırırıq. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı apardığı ekoloji terror əməllərini kəskin şəkildə pisləməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO