Tənha ana ÇARƏSİZ durumda - Nihadı XİLAS EDƏK - FOTO 

Tənha ana ÇARƏSİZ durumda - Nihadı XİLAS EDƏK - FOTO 

Hazırda oxunan: Tənha ana ÇARƏSİZ durumda - Nihadı XİLAS EDƏK - FOTO 

27590

Torokal-kifoz və onurğa sütununun 4-cü dərəcəli S-vari skolyoz xəstəliyi diaqnozundan əziyyət çəkən 15 yaşlı Nihad Həsənov təcili əməliyyat olunmalıdır. Əks halda azyaşlı həyatını itirə bilər. 

Bizim.Media xəbər verir ki, Nihad Həsənovun həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var. Nihadın əməliyatı və müalicə xərcləri üçün 15 000 (min) ABŞ dolları tələb olunur.

Ancaq ailənin maddi imkanı həmin vəsaiti ödəməyə yetmir. Öhdəsində daha bir qız övladı olan tənha ana Sevinc Kərimova aciz durumda qalıb. 

Azyaşlımızın onurğa sütununda cərrahiyyə əməliyyatı Türkiyə Respublikasının İstanbul şəhərindəki Acıbadem Kadıköy xəstəxanasında mümkündür. Əməliyyatın aparılmasını professor Erkan Kaptanoğlu öz üzərinə götürüb və sağalacağına təminat verib. 

Nihad Kamran oğlu Həsənov 19 avqust 2006-cı il tarixdə Bakı şəhərində anadan olub. O, Aşağı Güzdək qəsəbəsində Səmidxan Əzimov adına tam orta məktəbin 9-cu sinfində təhsil alır. Nihad güləşlə məşğul olur və bir çox yarışlardan qalib kimi qayıdıb.

Anası Sevinc Kərimova Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban Əliyevaya, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəaldə və səlahiyyətli səfiri, Cahit Bağçı cənablarına, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi, millət vəkili Soltan Məmmədova, eləcə də Milli Məclisin sədr mavini Adil Əliyevə maddi yardım göstərilməsi üçün rəsmi müraciətlər edib.

Nihadın müalicəsinə lazım olan vəsaitin toplanılması üçün Azər Türk Bankda hesab açılıb. Ana oğlunun sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən bu hesab nömrəsinə 5417455109606907 vəsait köçürmələrini xahiş edir. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO