“Qəbir bazarında” yeni TƏLƏB – “Mərhumunuzun bizim qəbiristanlıqda qeydiyyatı yoxdur!

“Qəbir bazarında” yeni TƏLƏB – “Mərhumunuzun bizim qəbiristanlıqda qeydiyyatı yoxdur!"

Hazırda oxunan: “Qəbir bazarında” yeni TƏLƏB – “Mərhumunuzun bizim qəbiristanlıqda qeydiyyatı yoxdur!"

27471

Əhali sayı sürətlə artan paytaxt Bakıda daha bir problem ciddi xarakter almaqdadır. Söhbət qəbiristanlıqlarda qəbir yerləri üçün torpaqların çatışmazlığından gedir. 

Bu çatışmazlıq qəbiristanlıqlarda müxtəlif qiymətlər formalaşdırıb, onları “bahalı” və “kasıb” kateqoriyalarına bölüb. İnsanların fiziki olaraq son məskəni olan bu məkanlar gəlir mənbəyinə çevirilib. 

Qəbir yerləri işbazların “yeminə” bir neçə formada çevirilir. Bəzi qəbiristanlıqlarda qəbul otaqlarnda elan asılır. Burada bildirilir ki, qəbir yerləri yalnız ərazi üzrə qeydiyyatda olan məhrumlar üçündür.  Bu bir qədər kənar məsafədən gələn, yaxınını itirən dərdliyə “qiymət oxumağa” şərait yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbiristanlıqlarla bağlı qərar var... – DƏYİŞƏN NƏDİR? - FOTO


Ən bahalı son mənzillərdən biri olan Yasamal qəbiristanlığında hasarlamış ailəvi məzarlıqlar çoxdur. Əvvəlcədən alınaraq hasarlanan boş yerlər də var. Bu amil də “məzar yeri bazarında” yüksək qiymətlərin yaranmasını şərtləndirir. 

Bakı qəbiristanlıqlarında məzar yeri qiymətləri 500 manatdan başlayaraq, 15000 manadək yüksələ bilər. Vəfat edən yaxını üçün bahalı qəbiristanlıqlarda yer almaq “pristij” hesab olunur. Buradakı qəbir yerləri yalnız əhalinin yüksək təminatlı təbəqəsi üçün əlçatandır.

Bahalı qəbiristanlıqlarda yer satmaq hərisliyi hətta unudulmuş məzarların çıxarılaraq yerlərinin satılmasına qədər gedib çatır. 

Qeyd edək ki, islam şəriətində qəbir yerlərinin satılması haram hesab olunur. Qafqaz Müsəlmanları İdarəsindən də bununla bağlı zamanında mövqe sərgilənib. 

Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin Baş mühəndisi Sabir Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, qəbiristanlıqda qeydiyyat məsələsi olmamalıdır: 

“Qəbiristanlıqlar bələdiyyələrin nəzarətinə verilib. Ona görə də nə satırlar, nə tələb edirlər, bizlik deyil. Amma qəbir satılmır. Yer pulsuzdur, xidmət isə pulludur. Xidmət üçün rüsum 63 manatdır. Bura tikinti materiallarının qiyməti daxil edilmir. Tikinti materiallarını ya mərhumun yaxınları alıb gətirir, ya da qəbiristanlıqlardan verilir ki, bunun üçün əlavə ödəniş edilir. Başqa haqq tələb olunmur. Rüsum bütün dövlət qəbiristanlıqları üçün eynidir”. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO