"Beş gündür ki, Əlisəmidi xəstəxanadan buraxıblar. Hazırda huşu da yerindədir, ürəyi də normaldır".
Bizim.Media xəbər verir ki. bunu oxu.az-a açıqlamasında Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib:
"Üzərində həkim nəzarəti yoxdur. Dostları daim diqqətdə saxlayırlar, sağ olsunlar. Gəlirlər də, zəng də edirlər, Allah köməkləri olsun. Amma əsas həkim nəzarətidir. Çünki ona qidalanmaq lazımdır, sistem vurulmalıdır, ağrılarını kəsəcək dərman içməlidir. Bunların heç biri yoxdur deyə eləcə uzatmışıq çarpayıya, o, bizim gözümüzə baxır, biz də onun. Danışır, huşu yerindədir.
Nəyi hara qoyub, harada nə var, hamısını bilir. Ayağa dura bilmir, yeməyi çox zəifdir, demək olar yeyə bilmir, halsız uzanıqlı vəziyyətdədir.
Hələ xəstəxanadan çıxmamışdan öncə qızımız yanına getmişdi, 20 yaşın içində olan övladına həkimlər deyib ki, atanın vəziyyəti ağırdır, onu buradan çıxarırıq. Bir-iki saatlıq, ola bilər iki günlük ömrü qalıb. Gedin, hazırlığınızı görün. Uşaq da bundan düşüb depressiyaya.
Beş gündür gətirmişik, vəziyyəti dediyim kimidir.
Bu gün həkim çağırmışıq, onkologiyadan gəlib evdə qan analizi götürüblər, görək nəticəsi nə göstərəcək".
Bizim.Media