Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirildi

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirildi

Hazırda oxunan: Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirildi

274539

Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında baş verib.

İlkin versiyaya görə iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.


Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO