Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu

Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu

Hazırda oxunan: Tolik şikayət etdi, tiktoker 10 sutkalıq həbs olundu

274534

Aparıcı Tarix Əliyevi (Tolik) təhqir edən tiktoker Zaur Qasımov inzibati qaydada həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsi aparıcının şikayəti əsasında belə qərar çıxarıb.

Protokolda yazılıb ki, Zaur Qasımov “TikTok”da canlı yayım zamanı Toliki təhqir edib.

Daha sonra hirsi soyumayan şəxs aparıcıya zəng edərək şəxsinə qarşı nalayiq sözlər işlədib.
 

Tarix Əliyev bu barədə polisə rəsmi qaydada müraciət edib. Şikayətçi olduğu şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Hakim Xalidə Əlisoyun qərarı ilə Zaur Qasımov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 10 sutka müddətinə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO