Övladını birinci sinif üçün qeydiyyatdan keçirməyən valideynlərin NƏZƏRİNƏ – Oktyabrın 8-dən...

Övladını birinci sinif üçün qeydiyyatdan keçirməyən valideynlərin NƏZƏRİNƏ – Oktyabrın 8-dən...

Hazırda oxunan: Övladını birinci sinif üçün qeydiyyatdan keçirməyən valideynlərin NƏZƏRİNƏ – Oktyabrın 8-dən...

274532

2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

Bu barədə Bizim.Media-ya MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, qeydiyyat oktyabrın 15-nə qədər davam edəcək:

“I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr 2025-ci il saat 15:00-dan 15 oktyabr 2025-ci il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.
 

Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər”.


Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.

Günay Şahmar, Bizim,Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO