Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?

Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?

Hazırda oxunan: Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?

274531

Həyat yoldaşını ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən Raidə Mahmudovanın məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Raidə Mahmudova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunda baş verib. Mübahisə zamanı Raidə Mahmudova Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib və çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov ölüb.


Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO