Xocalının bu kəndinə daha 18 ailə qayıtdı - FOTO

Xocalının bu kəndinə daha 18 ailə qayıtdı - FOTO

Hazırda oxunan: Xocalının bu kəndinə daha 18 ailə qayıtdı - FOTO

274530

Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb.

Rəsmilər sakinləri doğma kəndlərinə dönüş münasibətilə təbrik edib, yeni tikilmiş fərdi yaşayış evlərinin açarlarını onlara təqdim ediblər.
 

Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib.


Xatırladaq ki, bugünədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO