Xəstəxanalarda nevroloq qəbulunda İZDİHAM – Nevroloji problemlər niyə ARTIB?

Xəstəxanalarda nevroloq qəbulunda İZDİHAM – Nevroloji problemlər niyə ARTIB?

Hazırda oxunan: Xəstəxanalarda nevroloq qəbulunda İZDİHAM – Nevroloji problemlər niyə ARTIB?

274523

Son günlər ölkənin bir çox xəstəxanalarında nevroloq qəbuluna yazılmaq getdikcə çətinləşir.

Tibbi mərkəzlərə edilən müraciətlərin sayı artmaqda davam edir. Xüsusilə barmaqlarda və ətraflarda uyuşma, barmaqların sıxılması, dizlərdə lənglik, zəiflik kimi şikayətlərlə həkimə üz tutanların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Bəzi dövlət tibb müəssisələrində çalışan həkiimlərin özləri də məhz nevroloji problemdən dolayı onlara üz tutanların sayında artım olduğunu etiraf edirlər. Hətta bu səbəbdən sahəsi üzrə həkim qəbuluna düşmək də çətinləşib. 

Bəs bu narahatedici artımın səbəbi nədir? Günümüz insanı bu qədər nevroloji pozuntularla niyə üzləşir? 

Məsələylə bağlı Bizim.Media-ya danışan həkim-nevroloq Nafis Mütəllimov qeyd etdi ki, bu cür nevroloji əlamətlər müxtəlif sinir problemlərinin xəbərçisi ola bilər.  
 

“Əl və ayaqlarda, barmaqlarda keyləşmə yaş həddi ilə də bağlı ola bilər. Aşağı yaşlarda bu, özünü büruzə vermir, daha çox 30 yaşdan sonra ortaya çıxır. Ən çox səbəblərdən biri onurğa sütununun degenerativ xəstəlikləri ilə  – ostreoxondroz, spandiloz, osteoporoz və s. ilə bağlıdır. Sinir sisteminin köklərinin zədələnməsindən də çox şey asılıdır. Həmçinin keyişmə digər ağır xəstəliklərin də xəbərçisi ola bilər. Boyun, döş və bel fəqərələrinin yırtığı da uyuşmaya səbəb olur”. 


Mütəxəssis həmçinin mineral maddələrin – B12, vitamin D, kalsium və fol turşusunun  çatışmazlığından belə narahatlıqların yarandığını bildirdi. Qeyd etdi ki, qida rasionunda bu sadaalananların əksik olması, eləcə də insanlarin sosial problemləri, gərginlik, gündəlik stresslər son günlərdə nevroloji xəstəlikləri daha da artırıb. 

Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO