Azərbaycanda 2025-ci ildə həbs olunan məşhurlar - ADLAR

Azərbaycanda 2025-ci ildə həbs olunan məşhurlar - ADLAR

Hazırda oxunan: Azərbaycanda 2025-ci ildə həbs olunan məşhurlar - ADLAR

274519

2025-ci ildə Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər arasında ictimaiyyət arasında tanınan, nüfuz sahibi olan bir neçə şəxs də var. Həmin şəxslər müxtəlif cinayətlərdə ittiham olunaraq saxlanılıblar. Onların bəziləri sonradan sərbəst buraxılsa da bir çoxu haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media “sfera.az”a istinadən cari ildə həbs edilən tanınmışların siyahısını təqdim edir: 

Elmir Qəhrəmanov

Müğənni Elmir məhkəmənin qərarı ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. O, təxminən bir il öncə azadlığa çıxsa da, eyni cinayət əməlini (Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələri əldə etmə) cəmi 5 ay sonra təkrar törədib. Qeyd edək ki, Qəhrəmanov musiqi aləmində "Azərbaycanın İbrahim Tatlısəsi" kimi tanınır.

Dəniz Əsədova 

Estrada ifaçısı D.Əsədova vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında 7 ay azadlıqdan məhrum edilib. Dəniz öz instaqram səhifəsində dəfələrlə vəkil Asim Abbasovu təhqir edib, onun fotolarını icazəsiz paylaşıb. Xatırladaq ki, Əsədova 1990-cı illərdə musiqiçi ailəsində anadan olub.

Elçin Göyçaylı 

Müğənni sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati qaydada saxlanılıb və 15 gün həbs cəzası alıb. Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnının müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

Rəqsanə İsmayılova

Estrada müğənnisi Rəqsanə fırıldaqçılıq ittihamı ilə saxlanılaraq Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Arzuxanım Həsənova 

Müğənni narkotik istifadəsi ilə bağlı əməliyyat məlumatı əsasında saxlanılıb. Arzuxanım efirdə əsassız yerə həbs edildiyini iddia edib. Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlamasında Arzuxanım Həsənovanın narkotik ittihamı ilə həbs olunmasına aydınlıq gətirib.

Adnan Əhmədzadə

Əhmədzadə SOCAR-ın Ticarət Departamentinin keçmiş rəhbəri olub. Səbail Rayon Məhkəməsində sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verilib. O Azərbaycanın "Azeri Light" markalı neftini Rusiyanın xam nefti ilə qarışdırmaqda günahlandırılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO