Daha 10 qazimiz Türkiyəyə göndərildi - FOTO

Daha 10 qazimiz Türkiyəyə göndərildi - FOTO

Hazırda oxunan: Daha 10 qazimiz Türkiyəyə göndərildi - FOTO

27449

Vətən müharibəsində ağır yaralanan daha 10 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. 

Fonddan Bizim.Media-ya verilən məlumata görə, həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Türkiyəyə göndərilən qazilər Mustafayev Elşən, Babayev Elnur, Əmirəliyev Nicat, Cavadzadə Fuad, Əmrahov Ruslan, Qəhrəmanlı Yaqub, Sadıqov Cəlal, Şükürov Tural, Mehtiyev Namiq və İsubov Rəfaildir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 112 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 48-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO