Polis Naxçıvanda əməliyyat keçirdi – 2 nəfər TUTULDU

Polis Naxçıvanda əməliyyat keçirdi – 2 nəfər TUTULDU

Hazırda oxunan: Polis Naxçıvanda əməliyyat keçirdi – 2 nəfər TUTULDU

274480

Naxçıvan Muxtar Respublikasının (MR) müxtəlif bölgələrində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, Şərur Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən bir neçə evdən oğurluq edilməsi ilə bağlı müraciətlər daxil olub.

Daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən 25 yaşlı Onur Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun müxtəlif evlərdən ümumilikdə 2408 manat məbləğində pul oğurladığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Bundan başqa, Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobildən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Kamran Kərimov da saxlanılıb.

Hər iki fakt üzrə oğurlanmış vəsaitlərin sahiblərinə qaytarılması təmin olunub, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO