Telefon, noutbuk və stress kişilərdə sonsuzluq YARADIR?

Telefon, noutbuk və stress kişilərdə sonsuzluq YARADIR?

Hazırda oxunan: Telefon, noutbuk və stress kişilərdə sonsuzluq YARADIR?

274476

Rusiyalı androloq Yelena Novikova kişilərdə reproduktiv sağlamlığın son onilliklərdə xeyli pisləşdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə “eanews.ru” saytı yazıb.

Onun sözlərinə görə, sperma konsentrasiyası və keyfiyyəti əvvəlki göstəricilərlə müqayisədə iki dəfə azalıb.

Mütəxəssis vurğulayıb ki, cibdə telefon gəzdirmək, diz üstündə noutbukdan istifadə, avtomobildə oturacaq isidiciləri, tez-tez sauna ziyarətləri və xroniki stress spermatogenezi zəiflədir. Həmçinin bəzi dərmanlar və idman əlavələri də reproduktiv funksiyaya mənfi təsir göstərir.

Novikova kişilərə 20 yaşından etibarən müntəzəm müayinədən keçməyi və lazım gələrsə spermanı kriokonservasiya (hüceyrələrin, toxumaların və ya orqanizmin bioloji materiallarının çox aşağı temperaturda dondurularaq uzun müddət saxlanılması) etməyi tövsiyə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO