Qadın avtobus sürücüləri nə vaxt işə başlayacaqlar? - Açıqlama

Qadın avtobus sürücüləri nə vaxt işə başlayacaqlar? - Açıqlama

Hazırda oxunan: Qadın avtobus sürücüləri nə vaxt işə başlayacaqlar? - Açıqlama

274473

""BakuBus" MMC fəaliyyətə başladığı gündən ictimai nəqliyyat sahəsində xidmət keyfiyyətinin artırılmasını və sərnişin məmnunluğunu əsas prioritet istiqamət olaraq müəyyən etmiş, bu məqsədlə ardıcıl tədbirlər həyata keçirib. Eyni zamanda, şirkət gender bərabərliyinin təşviqi və inklüziv iş mühitinin yaradılmasına daim diqqət yetirir".

Bizim.Media xəbər verir ki, bunu “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva “unikal.az”a açıqlamasında deyib. 

O bildirib ki, qadın sürücülərin ictimai nəqliyyata cəlb olunması təşəbbüsü "BakuBus" MMC üçün prioritet mövzulardan biridir:
 

"Bu məqsədlə 1 avqust tarixində qadın sürücülər üçün təlimlərə başlanılıb. Təlimlərə qoşulan 5 namizəddən 2-si artıq təlim prosesini uğurla başa vurmaq üzrədir. Onlar qapalı təlim meydançasında praktiki bacarıqları tamamlayaraq "BakuBus" MMC-nin istismarında olan avtobuslarla şəhər turu üzrə praktiki təlimlərini davam etdirirlər.

Növbəti mərhələdə namizədlər nəzəri, praktiki imtahan verəcəklər və uğur qazandıqları təqdirdə, rəsmi olaraq "BakuBus" MMC-də sürücü kimi fəaliyyətə başlayacaqlar. Qadın sürücülərin ictimai nəqliyyatda iştirakı xidmət mədəniyyətinin yüksəldilməsinə, təhlükəsizlik səviyyəsinin artırılmasına və sosial inkişafın dəstəklənməsinə mühüm töhfə verəcək". 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO